Saatlıda balıq tutan kişi faciəvi şəkildə öldü

Saatlıda balıq tutan kişi faciəvi şəkildə öldü

Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

AzerTimes xəbər verir ki, hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Amil Müzəffər oğlu Səmədov sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Həmin ərazidə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: