Saatlıda 54 yaşlı kişi qardaşını bıçaqlayaraq öldürüb

28 dekabr 2021-ci il tarixdə radələrində Saatlı rayonu Qıraqlı
kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən
öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.

Saatlı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü
Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
sonuncunun arvadının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər
yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.

Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla
və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: