Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olundu

Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olundu

Xəbər verdiyimiz kimi, iyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus üç vaqon aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumatı yayıb.

“Baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub”, – məlumatda bildirilib.

Teqlər: