Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Bu gün Abşeron rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

AzerTimes xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, Abşeron rayonu Yoncalıq yaşayış massivi, Cantəpə yaşayış massivi, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir küçəsi, Dədə Qorquq küçəsi, Mirəli Qaşqay küçəsi, Yusif Məmmədəliyev küçəsi ünvanlarında mühafizə zonası pozulmuş yeraltı qaz xətti əvəzlənəcək.

Bu səbəbdən bu gün saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Qeyd olunan ünvanlarda 9 min istehlakçının qaz təchizatında fasilə yarancaq.