Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı qanunsuz sərhədi keçməsi ilə bağlı ittiham bu gün sürülməyəcək.
Trend “Newsgeorgia” istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq Saakaşvilinin digər işlər üzrə həbsdə olduğunu açıqlayıb – məhkəmənin qiyabi hökmünə əsasən, eks -prezident 6 il müddətinə azadlıqdan məhrum edilib.
M.Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə saxlanılıb. Prokurorluğun məlumatına əsasən, o, qanunsuz olaraq sərhədi keçərək Ukraynadan Gürcüstana gəlib.
Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisində artıq qiyabi hökm oxunub, qalanları isə məhkəmə prosesindədir.