Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsdə olan üçüncü prezident Mixail Saakaşviliyə Norveç Mühafizəkarlar Partiyasının mükafatının təqdim edilməsinə görə hiddətlənib.
AzerTimes xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumata yayıb.
“Bu, xalqımızı ələ salmaq və təhqir etməkdir. Mükafatın Saakaşviliyə təqdim edilməsi Norveçdə çoxlu sayda insanın qətlində mühakimə olunan Breyvikin hansısa ölkə tərəfindən təltif edilməsinə bərabərdir”, – o bildirib.
Qeyd edək ki, ötən həftə Saakaşviliyə Osloda Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Syur Lindebrekkenin insan haqları, siyasi-iqtisadi azadlıqlar və demokratik təsisatların təşviqi mükafatı verilib.