Berdzenişvililər, Bokeriyalar, Saakaşvililər, Qvaramiyalar yeni dövrün bolşevikləridir.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, adı çəkilən şəxslər bolşeviklərin 100 il əvvəl məhv etdikləri milli varlığı, bu gün müxtəlif təbliğatla məhv etməyə çalışırlar:
“Bu adamlar, Berdzenişvililər, Bokeriyalar, Saakaşvililər, Qvaramiyalar və başqaları yeni dövrün bolşevikləridir və onlar idea əcdadları olan bolşeviklərin 100 il əvvəl məhv etdikləri milli varlığımızı bu gün bunlar müxtəlif təbliğatlarla məhv etməyə çalışırlar. Təbii ki, biz buna imkan verməyəcəyik. Milli varlığın məhvi adlanan bu yolda onların uğurlarının sıfıra bərabər olması üçün əlimizdən gələni edəcəyik. Bunu ölkəmizə, xalqımıza və millətimizə borcluyuq”.
Kobaxidzenin bu sözləri isə müxalifət nümayəndələri arasında etirazlara səbəb olub və bundan sonra parlamentdə sözlü mübahisə yaranıb. İclasda müxalifət nümayəndələri olan Xatuna Saminidze, Giorgi Vaşadze Kobaxidzenin bu bəyanatını zorakılığı təşviq kimi qiymətləndiriblər.