Həbsxanada aclıq elan edən keçmiş prezident Mixail Saakaşvilinin səhhəti pisləşir.
AzerTimes xəbər verir ki, bu barədə Saakaşvilinin səhhətini yolxlamaq üçün Ombudsman tərəfindən göndərilmiş mütəxəssislər qrupunun hazırladığı hesabatda qeyd olunub.
Məlumata görə, Saakaşviliyə qanda leykositlərin azalması diaqnozu qoyulub, sümük iliyində problemlərin də yarandığı bildirilib.
Mütəxəssislər bildiriblər ki, keçmiş prezidentin müalicəsi ilə bağlı şikayətləri yoxdur, amma onun səhhətinin pisləşməsi dinamikası hələ də qalır.