Gürcüstan Xarici İşlər Nazirliyi Milli İslahatlar Şurasının icra komitəsinin rəhbəri Mixail Saakaşvilinin açıqlamaları səbəbindən Ukraynanın səfirini çağıracaq.
Bu barədə Gürcüstanın XİN rəhbəri David Zalkaliani açıqlama verib: “Biz məhz buna görə Ukraynalı həmkarlarımıza xəbərdarlıq etmişdik. Ukraynada yüksək vəzifəyə təyin olunan və Gürcüstanda 4 cinayət işinə görə axtarışa verilən bir insan hələ də Gürcüstanın daxili işlərinə qarışmağa davam edir”.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın sabiq Prezidenti Saakaşvili vətəninin “dağıdılmasına və məhvinə sakitcə baxmaq” istəmədiyini, həmçinin ölkədə qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar “mübarizənin ön cəbhəsində” olacağını bildirmişdi.