Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib, həkimlər onu reanimasiya şöbəsinə göndərirlər.
AzerTimes xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının üzvü Georgi Çaladze deyib.
“Gürcüstanın eks-prezidenti, hazırda məhkum olunan Mixail Saakaşvili xəstəxananın adi palatasından reanimasiya şöbəsinə köçürülür”, – o bildirib.
Qeyd edək ki, “Vivamed” klinikası hələ ki, məlumatı təsdiq etməyib.