Saakaşvilinin səhhəti ilə bağlı açıqlama…

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama…

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya “Vivamed” klinikasında oğlunu ziyarət edib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, o Saakaşvilinin səhhətinin getdikcə pisləşdiyini bildirib.

O deyib ki, Saakaşvili xeyli arıqlayıb və mart ayından bura vaxtaşırı hərarəti qalxır:

“Klinikada diqqətsizlik yoxdur. Həkimlər çox yaxşı çalışırlar, lakin onlar dəqiq səbəb deyə bilmirlər. Fakt odur ki, halı yaxşılaşmayıb əksinə geriyə gedib. Saakaşvili xaricə transfer olunmasını gözləyir, bunun baş tutmasını çox istəyir, amma nə olacağını heç kim bilmir”, – deyə Giuli Alasaniya bildirib.

Teqlər: