Saakaşvilinin saçından nümunə götürüldü

Saakaşvilinin saçından nümunə götürüldü

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin saçından nümunə götürülüb və əzələ biopsiyası aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.

Hüquqşünas araşdırmanın nəticələrinin bir neçə gündən sonra açıqlanacağını vurğulayaraq müalicə protokolunun dəyişə biləcəyini istisna etməyib:

“Bu, nevroloqun tələbi idi. O, araşdırma aparır, amma hansı araşdırmaları apardığını deyə bilmərəm. Ekspertizanın Gürcüstanda olub-olmayacağını bilmirəm, hələlik dəqiqləşdirilməyib. Həmin nümunələr dünən və bu gün Penitensiar İdarənin nümayəndələrinin və “Vivamed” klinikasının tibb işçilərinin iştirakı ilə götürülüb. Çox tezliklə cavablar məlum olacaq. Hazırda Saakaşvili dərman qəbul etmir, yemək də yemir, aclıq da elan etməyib, hansı diaqnozun qoyulacağını gözləyir. Bundan sonra müalicə protokolu dəyişdirilə bilər. Ona qoyulmuş diaqnozların düzgünlüyünə şübhə var, çünki fakt budur ki, hər şey nevrologiya və qastroenterologiya ilə bağlıdır. Ona görə də bəzi yeni müalicə protokolu hazırlana bilər”.

Teqlər: