Mən bir insan kimi səmimi qəlbən Mixail Saakaşviliyə uzun ömür, cansağlığı arzulayıram. İnsan ölümünə necə xoşbəxt olmaq olar?!
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, dövlət bütün məhbusların konstitusion hüquqlarının qorunması üçün hər şeyi edir və edəcək:
“Müharibə partiyası (Milli Hərakat), alçaldılmış, satqın liderlərin yaratdığı partiya çox ağır vəziyyətdədir. Onların nə dedikləri məni maraqlandırmır. Gürcüstanda heç kim qanundan kənar heç nəyə qarışa bilməz. Saakaşvilini ölkəyə gətirərək son kartdan istifadə etdilər, bu axmaqlığı etdilər və bunun necə bitdiyini gördük. Onların ideyaları tam fiasko ilə bitdi. Kimsə illüziyaya qapılmasın. Biz ölkəmizə xaos gətirməyəcəyik, əksinə, bugünkü kimi sülh, sabitlik, ikirəqəmli iqtisadi artım, daha çox iş yeri, firavanlıq istəyirik. Ölkəmizin inkişafı və yenidən birləşməsi, bu bizim əsas vəzifəmiz olmalıdır.
Mən də həkim deyiləm və sizin eşitdiyinizdən başqa bu adamın nə dərdi olduğunu bilmirəm. Bir şeyi bilirəm ki, gəldiyi gündən burada inqilab təşkil etmək, qan tökmək əzmindədir.
Bundan başqa, o, 60 gün ac qaldı və dünya tarixində bütün aclıq rekordlarını qırdı. Biz də gördük ki, görüntülər yayılıb, məlum oldu ki, o, yemək yeyirmiş, xəlvətcə yemək aparırmış.
Belə çıxır ki, cənab Saakaşvili depressiyaya düşüb, mühiti sevmir. Həbsxana mühiti hansı məhbusun xoşuna gəlir? Rati Breqadze çıxıb camaat qarşısında təklif etdi ki, istənilən ölkədən, istənilən klinikadan istənilən həkimi gətirməyə hazırıq. Onlar Gürcüstanda müalicə olunmaq istəmirlər. Onların yeganə məqsədi Saakaşvilini azad etməkdir. Biz hüquqi dövlətik, kimliyindən asılı olmayaraq heç kimə özünü qanundan üstün tutmağa imkan verməyəcəyik. Saakaşvilinin nə vaxt ölə biləcəyi sualına isə deyə bilərəm ki, həyatımız Allaha tapşırılıb, mən heç kimin həyatına cavabdeh ola bilmərəm”.