Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsi ilə bağlı prosesi dekabrın 14-nə təxirə salıb.
AzerTimes xəbər verir ki, bu barədə “İnterfax.ru” məlumat yayıb.
Bildirilib ki, hazırda səhhətinə görə Saakaşvilinin məhkəmə zalına gəlməsi mümkün deyil.
Qeyd edək ki, proses bu gün keçirilməli idi.