Daxili İşlər Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaqa başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Gürcüstan prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Bildirilib ki, Mixail Saakaşvilinin üç instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyini və ona 6 il həbs cəzası verildiyini nəzərə alaraq, o məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirilib.