Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası həbsdə olan eks-prezident Mixail Saakaşvilinin azad edilməsi üçün Tiflisdə qərargah yaradır.
AzerTimes xəbər verir ki, bunu mətbuat konfransında Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili deyib.
Onun sözlərinə görə, indiki şəraitdə Vahid Milli Hərəkatın paytaxtda struktur baxımdan güclü olması vacibdir.