Mişanı heç vaxt belə vəziyyətdə görməmişdim, ayağını ata bilmir.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin anası “Vivamed” klinikasında ona baş çəkdikdən sonra bildirib.
Eks-prezidentin anasının sözlərinə görə, Saakaşvilinin özü amerikalı mütəxəssisin klinikaya gələrək onu müayinə etməsini istəyib.
“Dünən onu ziyarət etmək mənim üçün xüsusən ağır idi. Onu heç vaxt belə vəziyyətdə görməmişdim. Ayağını ata bilmir, yemək yeyə bilmir. Onun özü yanına birdəfəlik həkimin buraxılmasını xahiş edib ki, bu da qanunun verdiyi hüquqdur. Klinikanın direktoru mənə dedi ki, hər şeyi edəcək və biz bir gün ərzində bunun nəticəsini görməliyik. Əgər bu tələb yerinə yetirilməzsə, ona əməl etməyənlər də qanunla cəzalandırılacaqlar”, – Qiuli Alasania vurğulayıb.