Hazırda Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini cəzadan azad etmək və ya ona möhlət vermək mümkünsüzdür.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. Ötən ilin may ayında səhhəti pisləşdiyi üçün Tiflisdəki “Vivamed” özəl klinikasına aparılıb.