Saakaşvili yeni planını açıqladı

Saakaşvili yeni planını açıqladı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Milli Hərəkatın əsaslı islahatına dair öz planını təqdim edəcəyini bildirib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.

Saakaşvilinin sözlərinə görə, rejim təkcə milli ləyaqətə deyil, həm də ictimai hərəkatlara, siyasi partiyalara hücum edir.

O bildirib ki, rejim Rusiyanın tapşırıqlarını sədaqətlə yerinə yetirməsi üçün əlindən gələn hər şeyi edir. Saakaşvili daha güclü müqavimətə keçəcəklərini açıqlayıb.

Teqlər: