Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacaq.
Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində bildirib.
“Bu gün mən elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”, deyə M.Saakaşvili qeyd edib.
M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir. Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.