Mixail Saakaşvilinin tərəfdarları məhkum edilmiş keçmiş dövlət başçısının əfv olunması tələbi ilə Gürcüstan prezidentinə müraciət ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Ölkənin üçüncü prezidentinin azad edilməsi tələbini 150 mindən çox Gürcüstan vətəndaşı imzalayıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, Saakaşvilinin azadlığa buraxılması üçün imzaları Gürcüstan Prezidentinin Administrasiyasına eks-prezidentin rəsmi nümayəndəsi Sofo Caparidze və Milli Hərəkatın liderləri təqdim edib.