Saakaşvili Tiflisə buna görə qayıtmışdı – Qaribaşvili

Saakaşvili Tiflisə buna görə qayıtmışdı – Qaribaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətənə Rusiyaya qarşı müharibəyə və ikinci cəbhənin açılmasına zəmin yaratmaq üçün qayıtmışdı.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

“Onun (Saakaşvilinin – red.) sadəlövh hesablamalarına görə, inqilab olmalı, qan tökülməli, hakimiyyəti zorla devirməli və seçkilər pozulmalı idi. Bu da tam olaraq artıq danışıqların başladığı dövrə təsadüf edir. Biz partnyorlarımızdan noyabr və ya dekabrda (2021-ci il – red.) Ukraynada müharibə başlanacağı məlumatını almışdıq. Ancaq bu, bir neçə ay müddətinə təxirə salınmışdı. Bu dövrü təsadüfən qeyd etməmişəm, hökuməti devirmək, çevriliş və inqilab təşkil etmək niyyəti Saakaşvilinin gəlişi ilə üst-üstə düşür. Bunu bir neçə ay sonra Ukrayna hökumətinin bəyan etdiyi məqsədlə və əməlləri ilə əlaqələndirsək, onların vəzifəsinin Gürcüstanda ikinci cəbhə açmaq olduğu aydın olar. Düşünürəm ki, heç kəsin şübhəsi və sualı olmayacaq ki, Saakaşvilinin səfəri Gürcüstanda müharibənin başlanmasına zəmin yaratmaq məqsədli olub. Təbii ki, bu plan iflasa uğradı, ölkəmizin daxili və xarici düşmənləri uduzdu”, – Qaribaşvili bildirib.

Teqlər: