Saakaşvili siyasətdən gedir – Vəkili açıqladı

Saakaşvili siyasətdən gedir – Vəkili açıqladı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.

AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.

“Mixail Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”, – Qelbaxiani qeyd edib.

Teqlər: