Gürcüstanın AB-yə üzvlüyü yolunda irəliləyişə mane olsa belə, keçmiş prezident Mixail Saakaşviliyə güzəştlərin əleyhinəyəm.
AzerTimes xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.
“Biriləri deyir ki, Mixail Saakşavilini azad etməsək, Gürcüstan AB-yə namizəd statusu almayacaq. Mən öz münasibətimi deyə bilərəm: biz qətiyyən belə bir status istəmirik, əgər məcburi şərtdirsə, saxlasınlar. Bizim konstitusiyamız var, elə qanunlar var ki, biz ilk növbədə onlara əməl etməliyik”, – Kaladze bildirib.
Qeyd edək ki, ötən həftə Polşa Seymi Mixail Saakaşvilinin xaricdə müalicə olunması ilə bağlı qətnamə qəbul etmişdi.