Məndə olan məlumata görə, məqsədi sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək olan təxribat qrupu Gürcüstana soxulub.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlət vəsaitini mənimsəməkdə ittiham olunduğu məhkəmə prosesinə xəstəxanadan canlı yayımla qoşularkən deyib.
Saakaşvili turist və ya köçkün adı altında Gürcüstana gələn ruslardan ibarət qrupu nəzərdə tutub:
“Mülki özünümüdafiə üçün qaynar xətt yaratmaq istəyirəm. Ora hər bir vətəndaş zəng edib Gürcüstana qarşı şübhəli hərəkətlər barədə məlumat verə bilər. İctimaiyyəti ruslara, xüsusən də atletik bədən quruluşuna malik ruslara qarşı diqqətli olmağa çağırıram”.
Rusiyanı yırtıcı adlandıran eks-prezident qeyd edib ki, yırtıcıya kürəyini çevirsən, sənə çatacaq və yeyəcək.