Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili istintaq üçün qan analizi verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi İstintaq Xidmətinin rəsmisi Vasili Kakaşvili deyib.
Kakaşvilinin sözlərinə görə, istintaq eks-prezidentin mümkün zəhərlənməsi ilə bağlı Saakaşvilidən qan nümunələri tələb edib.
“Mixail Saakaşvili bu gün istintaqdan imtina etdi. İmtina səbəbini səhhətindəki problemlə izah edib”, – Kakaşavili bildirib.