Saakaşvili ona kömək edən prosedurlardan imtina edir

Saakaşvili ona kömək edən prosedurlardan imtina edir

Gürcüstanın sabiq prezident, hazırda məhkum olunan Mixail Saakaşvili vəziyyəti yaxşılaşan kimi tibbi müdaxilələrə icazə vermir.

AzerTimes xəbər verir ki, bunu Saakaşvilinin müalicə olunduğu “Vivamedi” klinikasının direktoru Zurab Çxaidze deyib.

“Saakaşvilinin bütün testləri normaldır. Xəstənin əzələlərinin vəziyyətinə gəlincə, o, vaxtının çox hissəsini yataqda keçirdiyindən, bu, ona mənfi təsir edir. Saakaşvili bir sıra prosedurları, məsələn, elektroforez və masajı etməyə başlamışdı. Amma sağalan kimi istənilən tibbi xidmətdən imtina edir”, – o bildirib.

Teqlər: