Saakaşvili ölsə, İvanişvilinin özü üçün də… – Deputat

Saakaşvili ölsə, İvanişvilinin özü üçün də… – Deputat

Ümid edirəm ki, prezident İvanişvilini inandırmaq üçün öz imkanlarından istifadə edəcək və Saakaşvilinin həbsxanada ölməsi ölkə üçün ciddi çağırış olmaqla yanaşı, İvanişvilinin özü üçün də ciddi problemlər yaradacaq.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın “Lelo” partiyasının deputatı Salome Samadaşvili bildirib.

Onun sözlərinə görə, prezident Salome Zurabişvilinin Polşaya səfəri çərçivəsində eks-prezident Mixail Saakaşvili məsələsinə də toxunulacaq.

Samadaşvilinin sözlərinə görə, məhkəmənin məhbusların həyatlarını xilas etmək üçün vaxtından əvvəl və ya müvəqqəti olaraq cəzadan azad edilməsi barədə qərar çıxarması presedentləri var, ona görə də ona aydın deyil ki, niyə Saakaşvilinin işi ilə bağlı oxşar qərar verilə bilməz:

“Mixeil Saakaşvilinin vəziyyəti və həyatının bu gün təhlükə altında olması ölkəmiz üçün ciddi problem yaradır. Biz görürük ki, Gürcüstanın dost və tərəfdaş ölkələrinin Avropa Parlamentindən olan nümayəndələri bu problemə reaksiya verirlər. Moldova Prezidenti Maya Sandunun qiymətləndirməsini də eşitdik. Mən əminəm ki, Gürcüstan prezidenti ilə görüşdə Polşa tərəfi də bu mövzunu müzakirə edəcək”.

Saakaşvilinin səhhətinə gəlincə, Samadaşvilinin sözlərinə görə, o, hökumətdən heç bir arqument eşitməyib və müstəqil ekspertlərin çıxardığı nəticələrə şübhə yaradan heç bir sübut görməyib.

Teqlər: