Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən faciəli hadisələrə görə artıq ən dəhşətli cəzanı çəkib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Mənə elə gəlir ki, tarix və Uca Tanrı onu maksimum ciddi şəkildə mühakimə edib. O, öz ölkəsində didərgin düşüb”, – Medvedyev bildirib.