Hazırda əcnəbilərin Gürcüstanda keçiriləcək seçkilərdə iştirak etmək hüququ yoxdur.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın eks-prezidenti Saakaşvilinin Baş nazir postuna namizədliyinin irəli sürülməsi planlarına münasibət bildirərkən deyib.
“Başqa ölkə vətəndaşının Gürcüstanın Baş naziri olub -olmaması məsələsi doğrudan da yumoristikdir. Ona Gürcüstan vətəndaşlığı lazımdır”, – o bildirib.
Breqadze vurğulayıb ki, Saakaşvilinin hazırda respublika vətəndaşlığı yoxdur və ona görə də dövlətin siyasətində iştirak edə bilməz:
“Gürcüstan Prezidenti Zurabişvilinin siyasətçinin vətəndaşlığının bərpası ilə məşğul olub-olmayacağı sualına isə ancaq onun özü cavab verə bilər. Bu, onun konstitusiya hüququdur. O, vətəndaşlıq verib-verməməyə qərar verməli olacaq. Saakaşvilinin Gürcüstan vətəndaşlığından imtina edib xarici dövlətin vətəndaşlığını qəbul etməsi həqiqətən də təəccüblüdür. Bu, çox qəribədir və dünya siyasətində çox da rast gəlinmir. Bu, həqiqətən acı bir fakt idi”.
Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası 2024-cü ildə partiyanın qurucusu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürmək planlarını açıqlanıb.