Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

AzerTimes xəbər verir ki, o, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib.

“Mənim əziz həmvətənlərim!

Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var.

Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın.

Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, – Saakaşvili bildirib.

Teqlər: