Şimali Koreya “Heil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Yapon dənizində silahların sınağı ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavabdır:
“Yeni ilin əvvəlindən KXDR-in təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun peyklərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir, fəlakətli nəticələr barədə ciddi xəbərdarlıq edirik”.