Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə keçirilməsi nəzərdə tutulan məhkəmə iclası təxirə salınıb.
Bu barədə AzerTimes-a onun vəkili Səlahəddin Cəfərov məlumat verib.
Məhkəmə vəkilin verdiyi kassasiya şikayətinə əlavənin ətraflı araşdırılması üçün təxirə salınıb.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.