Rza Rzayevlə ötən həftə görüşmüşəm, vəziyyəti yaxşıdır.
Bu sözləri AzerTimes-a açıqlamasında tanınmış aktyor və rejissorun vəkili Səlahəddin Cəfərov Rza Rzayevin həbsi haqda danışarkən deyib.
“R.Rzayev özü də prosesi izləyir və oktyabrın 25-də Ali Məhkəmənin Cinayət Kollegiyasında baş tutacaq məhkəməni gözləyir. Hazırda bir yenilik yoxdur”, – Cəfərov bildirib.
Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.