Yanvarın 22-də ərdəbilli milli fəallar Rza Pəhləvinin xeyrinə başladılan kampaniyaya etiraz ediblər.
AzerTimes xəbər verir ki, fəallar şəhər divarlarına “Azərbaycan kimsənin başına tac qoymayacaq”, “Azərbaycanlılar kimsəni vəkil seçməyiblər” kimi şüarlar yazıblar.
Qeyd edək ki, son günlər xaricdə yaşayan bir neçə iranlı fəal sosial mediada kampaniya başladaraq, ABŞ-da mühacirətdə yaşayan Rza Pəhləviyə xalq adından vəkillik verdiklərini və onu molla hökumətinə alternativ gördüklərini bildiriblər.