“Rystad Energy” “Şahdəniz-3” mərhələsinin perspektivlərindən danışıb

Xəbər - Ləman Zeynalova – Trend:

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin üçüncü mərhələsinin başlaması perspektivləri yaxın deyil.

Bunu AzerTimes-a Norveçin “Rystad Energy” tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.

O bildirib ki, BP “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə 2018-ci ildə başlayıb:

“Hazırda operator yataqda qazma işləri aparır. Yaxın bir neçə ildə yataqdan 25 milyard kubmetrədək qaz hasil olunması gözlənilir. “Şahdəniz-3” mərhələsinin işlənməsi perspektivləri bir qədər uzaqdır. Hazırda BP “Şəfəq-Asiman” blokunda və Abşeron yarımadasının dayaz sularında quyu qazıntıları ilə məşğuldur. “Şahdəniz” yatağında əlavə qaz ehtiyatlarının təsdiqlənməsi üçün kəşfiyyat və sonrakı qiymətləndirmə qazmasına bir neçə il tələb oluna bilər”.


S.Babele qeyd edib ki, yatağın gələcəkdə işlənməsi ixrac üçün mövcud infrastrukturdan asılı olacaq, belə ki, Azərbaycanın yaxın bir neçə il ərzində “Abşeron” və “Ümid-Babək” kimi iri qaz-kondensat yataqlarını istismara vermək kimi planları var.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: