Rusiyanın Ryazan vilayətində meşə yanğınlarının sahəsi 20 min hektara çatıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Meşə yanğınlarının sahəsi 300 hektar artaraq 20 min hektara çatıb. Yanğın sahəsinin artması azalıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, yanğınlar səbəbindən Ryazan vilayətində fövqəladə vəziyyət elan olunub.