Moskva “qırmızı xətlər” mövzusunu bir kənara qoyacaq və nüvə təhlükələri ilə bağlı Qərbə güzgü effekti əsasında cavab verəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Qərbdə “Rusiyaya münasibətdə strateji qeyri-müəyyənlik göstərmək lazımdır” fikri dəb halını alıb ki, Moskva NATO-nun bu və ya digər vəziyyətdə necə davranacağını bilməsin:
“Lakin bu qeyri-müəyyənlik həmişə Qərb qrupunun, o cümlədən nüvə silahı ilə bağlı mövzularda doktrinal yanaşmaları üçün xarakterik olub. Burada biz də güzgü effekti göstərəcəyik. Ona görə də “qırmızı xətlər” mövzusunu bir kənara qoyacağıq”.