Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışını ötən gün dünyasını dəyişən görkəmli yazıçı Çingiz Hüseynova həsr edib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, verilişdə o, mərhum yazıçı ilə dostluq əlaqələrindən, onun yazıçı və ədəbiyyatşünas kimi xidmətlərindən söz açıb. Çingiz Hüseynovun əsərləri haqqında fikirlərini bölüşən S.Rüstəmxanlı eyni zamanda ona qarşı haqlı və haqsız münasibətlərdən söz açıb.
Bildirib ki, Çingiz Hüseynova qarşı münasibət onun ədəbiyyatımızdakı yerini dəyişə bilməz.
Həmin verilişi təqdim edirik: