General-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vurub.
AzerTimes-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə R.Muradovun Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı məlum olub.