Rüstəm İbrahimbəyovun oğlu Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib

Mərhum yazıçı Rüstəm İbrahimbəyovun oğlu, rejissor Fuad
İbrahimbəyov bu müddət ərzində ailəyə göstərilən köməyə görə
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban
Əliyevaya təşəkkür edib.

Trend-in
məlumatına görə, o, bunu görkəmli yazıçı ilə vida mərasimində
deyib.

“Bu, hər kəs üçün ağır itkidir. Bu, çox gözlənilməz oldu. Onu
xəstəxanaya yerləşdirərkən mənə dedi: “Əgər oradan sağ çıxmasam,
bütün köhnə dostlarıma salamımı çatdır”. Atamın ölümünə inanmaq
olmur, bu, çox ağır dərddir. Mən şadam ki, o, Bakıya çatdırılıb və
öz vətənində dəfn olunub. Onu sevənlər məzarına baş çəkə bilər”, –
deyə oğlu bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn
edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: