Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı
Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.
Trend xəbər
verir ki, mərkəzdə mərhumla vida mərasimi başlayıb.
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri
xiyabana aparılacaq.
Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı
şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın
paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də
Vətənə gətirilib.