“Russneft” Azərbaycandakı aktivlərindən çıxdı

“Russneft” Azərbaycandakı aktivlərindən çıxdı

Rusiyanın “Russneft” şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd edilib ki, “Russneft” şirkəti Britaniya-Virciniya şirkəti (GEA) Holdings Ltd.” əlaqələrini kəsib. “GEA Holdings Ltd” şirkəti isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşdır. GEA vasitəsilə “Russneft” “Abşeron”, “Binəqədi”, “Nefteçala” və “Şirvan” yataqlarının işlənməsində iştirak edib.

Kayman adalarından olan 4 şirkət də “Russneft”in strukturundan xaric edilib. Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb.

Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə “Russneft” 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.

Teqlər: