Rusların Xersondan çıxmasına inanmırıq – Podolyak

Rusların Xersondan çıxmasına inanmırıq – Podolyak

Rus qoşunlarının Xersondan çıxarılmasından danışmaq hələ tezdir. Bəziləri hələ də şəhərdə qalır və bölgəyə əlavə rus işçi qüvvəsi cəlb olunur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Ukrayna rusların bəyanatına inanmır. Onların sözləri ilə əməlləri fərqlənir. Ordumuz kəşfiyyat, risklərin qiymətləndirilməsi, effektli əks-hücumla bağlı bütün planlar üzrə işləyir. Nə qədər ki, Xerson şəhərində Ukrayna bayrağı dalğalanmayıb, Rusiyanın geri çəkilməsindən danışmağa dəyməz”, – Podolyak bildirib.

Teqlər: