Rusların Xersondakı mövqeləri çox zəifdir – Kəşfiyyat

Rusların Xersondakı mövqeləri çox zəifdir – Kəşfiyyat

Ukraynanın Xerson vilayətində əks-hücum əməliyyatı geniş vüsət alır.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilib.

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Xersonun şimal sərhədini təşkil edən İnqulets çayının cənubunda dayaq nöqtəsi yaradıb. Ukrayna qoşunlarının Rusiya ordusunun təchizat üçün istifadə etdiyi Dnepr üzərindən keçən körpülərə uğurlu hücumlarından sonra Xersonun sağ sahilindəki rus qoşunlarının mövqeləri çox zəif görünür. Ukrayna yeni uzaqvuran artilleriyasıdan Dnepr üzərindənki körpüləri zədələmək üçün istifadə etdi. Məhz bu körpülər vasitəsilə Xerson vilayətinin sağ sahilində rus ordusunun tədarükü həyata keçirilirdi”, – məlumatda qeyd olunub.

Teqlər: