Rusların strateji məqsədi budur: hücumu artırıb – Polkovnik

Rusların strateji məqsədi budur: hücumu artırıb – Polkovnik

Ruslar Baxmut yaxınlığında həm briqadanın müdafiə zonasında, həm də qonşularda səylərini artırmağa çalışır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Pavel Palisa bildirib.

“Biz onların qarşısını almağa çalışırıq. Düşmən çoxlu zirehli texnika və şəxsi heyətin iştirakı ilə bir neçə istiqamətdə hücum əməliyyatlarının intensivliyini artırıb”, – P.Palisa söyləyib.

Onun sözlərinə görə, bu, Rusiya komandanlığının müəyyən etdiyi müəyyən müddətlər və məqsədlərlə bağlıdır:

“Rusların bu istiqamətdə strateji məqsədi Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaqdır”.

Teqlər: