Dünən Ukrayna aviasiyası rus qoşunlarının strateji məntəqələrinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, pilotların hədəfi rus qoşunlarının logistik mərkəzləri və sursat anbarları olub.
Uğurlu zərbələr nəticəsində rusların xeyli zirehli avtomobili məhv edilib.
“Şimal-şərq istiqamətində zərbə qrupları sursat anbarlarını, düşmənin 30 ədəd zirehli maşınını və eləcə də canlı qüvvəsini məhv edib”, – məlumatda qeyd olunub.