Ukraynanın ruslar tərəfindən işğal olunmuş Zaporojye vilayətində dəmiryol körpüsü partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, rusların qatarla silah daşımaq üçün istifadə etdiyi Melitopol və Tokmak şəhərləri arasında körpü partladılıb.
Körpünün partladılmasında istifadə edilən partlayıcının “Lend-Liz” qanunu çərçivəsində alınan silahlardan olduğu deyilib.