Rusların Severodonetsk açıqlaması yalandır – Qayday

Rusların Severodonetsk açıqlaması yalandır – Qayday

Rus işğalçıları artıq Severodonetskin tutulması üçün konkret tarix təyin etmirlər.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Rusların Severodonetski tutmaları ilə bağlı bütün açıqlamaları yalandır. Bəli, şəhərin böyük hissəsinə nəzarət edirlər, amma bütün şəhərə yox. İndi onlar şəhəri almaqla bağlı tarix də demirlər. Sadəcə olaraq, Severodonetski tamamilə ələ keçirmək və ya Lisiçansk-Baxmut magistral yolunu kəsib nəzarət etmək tapşırığı olduğunu dilə gətirirlər”, – Qayday deyib.

Onun sözlərinə görə, Luqansk vilayətində vəziyyət hələ də çətindir. Rusiya Orexovoe, Toşkovka, Zolotoe, Kamışevaxa və Severodonetsk istiqamətlərində ehtiyat qüvvə yığır.

Teqlər: