Rusların Sevastopoldakı komanda məntəqəsi vuruldu

Rusların Sevastopoldakı komanda məntəqəsi vuruldu

Bu gün Ukrayna hərbçiləri Sevastopol yaxınlığındakı Rusiya hərbi birləşməsinin komanda məntəqəsini vurub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib.

“Bu gün Ukrayna Silahlı Qüvvələri Sevastopol yaxınlığındakı Rusiya işğalçı qüvvələrinin birləşməsinin komanda məntəqəsinə zərbələr endirib”, – Oleşuk bildirib.

Oleşuk Ukrayna Hava Qüvvələrinə təşəkkür edib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Sevastopola PUA zərbələri endirdiyi ilə bağlı məlumat yaymışdı.

Teqlər: